Donald Tramp yenə qaydanı pozdu

 14:18 13.05.2025     227

ABŞ Prezident Donald Tramp ikinci prezidentliyi müddətində ilk beynəlxalq səfərinə start verib. Tramp ilk səfəri isə Səudiyyə Ərəbistanına edib.

Redaktor.az bu barədə "CBS NEWS"a istinadla məlumat verir.

Tramp üçün Yaxın Şərq turunun ilk dayanacağı Səudiyyə Ərəbistanıdır. O, bu gün səhər Ər-Riyad hava limanında krallığın de-fakto lideri, vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən qarşılanıb.

Trampın yanvarda vəzifəyə başlamasından qısa müddət sonra vəliəhd şahzadə Məhəmməd bin Salman ABŞ-yə növbəti dörd il ərzində 600 milyard dollar sərmayə qoyacağına söz verib.

Tramp ilk prezidentlik müddətində də xarici səfərinə məhz Səudiyyə Ərəbistanından başlamışdı, bu isə ABŞ prezidentlərinin ənənəvi olaraq ilk səfərlərini Birləşmiş Krallığa etmələri qaydasını pozmuşdu.

Xədicə BAXIŞLI