Rusiya və İran vətəndaşları bunu da edə biləcəklər

Rusiyanın “Mir” ödəniş sistemi ilə İranın “Şetab”ı arasında əlaqənin 2025-ci ilin dekabrında başa çatdırılması planlaşdırılır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədr müavini Əsgər Əbolhəsani bildirib.
"Ödəniş sistemlərinin inteqrasiyasının üçüncü (sonuncu - red.) mərhələsində İran vətəndaşları müvafiq tətbiqdən (smartfonda) istifadə etməklə Rusiya mağazalarındakı terminallarda alış-veriş edə biləcəklər. Bu mərhələ 2025-ci ilin sentyabrında pilot rejimdə, 2025-ci ilin dekabrında isə tam olaraq həyata keçiriləcək", - İran Mərkəzi Bankının mətbuat xidməti Abolhadan sitat gətirir.
Qeyd edilib ki, mayın 13-də “Mir” və “Şetab” sistemlərinin inteqrasiyasının ikinci mərhələsi başa çatıb – indi ruslar İslam Respublikasında “Mir” kartları ilə ödəniş edə bilərlər.
Turan İSMAYIL