Erməni hərbçi həlak OLDU

 17:00 13.05.2025     70

Ermənistan ordusunun hərbçisini elektrik cərəyanı vuraraq öldürüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müfadiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, mayın 13-də saat 10:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Karen Edqaroviç Avetisyan naməlum şəraitdə elektrik cərəyanı vurması nəticəsində həlak olub.

Hadisənin tam aydınlaşdırılması üçün araşdırma aparılır.