İstanbulda 250 milyon lirə dəyərində qiymətli daşlar ələ keçirildi

 21:54 13.05.2025     109

İstanbulda keçirilən xüsusi əməliyyat nəticəsində ümumi dəyəri 250 milyon lirə olan 151 kiloqramdan artıq brilyant, zümrüd və yaqut kimi qiymətli daşlar ələ keçirilib, 2 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsi əməkdaşları, xaricdən qanunsuz yollarla qiymətli daş qaçaqmalçılığı edən şəxslərin ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Araşdırmalar zamanı şübhəlilərin son vaxtlar daha çox hava yolundan istifadə etdiyi müəyyən edilib. Bu istiqamətə yönələn qruplar, İstanbul Hava Limanına xaricdən giriş edən və şübhəli hərəkətlər göstərən bir şəxsi saxlayaraq üzərində axtarış aparıblar.

Kənan YUSİF