Türkiyədə iki mikroavtobus toqquşdu, 28 nəfər yaralandı

Türkiyənin Şanlıurfa şəhərinin Sivərək rayonunda müəllimləri daşıyan iki xidmət mikroavtobusunun toqquşması nəticəsində 28 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, M.S. idarəsində olan mikroavtobus, Sivərək-Karacadağ yolunun 7-ci kilometrliyində yola çıxan heyvana dəyməmək üçün qəfil əyləc edib. Eyni istiqamətdə hərəkətdə olan B.C. idarəsindəki digər xidmət mikroavtobusu isə qarşısındakı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən və jandarma qrupları cəlb olunub.
Yaralanan 28 nəfər 112 Təcili Tibbi Yardım qrupları tərəfindən Sivərək Dövlət Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, müəllimlər Faydalı və Erkonağı kənd məktəblərində çalışır və onların sağlamlıq vəziyyəti yaxşıdır.
Kənan YUSİF