"Huzur İstanbul" əməliyyatında 1017 şübhəli saxlanıldı

İstanbulda asayişin təmin olunması, cinayətlərin qarşısının alınması və axtarışda olan şəxslərin yaxalanması məqsədilə həyata keçirilən "Huzur İstanbul" əməliyyatında 1017 nəfər şübhəli saxlanılıb.
Redaktor.az xəbər verir ki, 12 may tarixində keçirilən əməliyyat iki mərhələdə baş tutub. Birinci mərhələdə yerli vaxtla saat 20:00–22:00 arasında şəhərin 215 sabit nöqtəsində 1401 polis əməkdaşı, helikopter və 5 dəniz polisi qayığı ilə yoxlamalar aparılıb.
İkinci mərhələdə isə saat 22:00–23:59 arasında 1368 əməkdaşın iştirakı ilə ictimai iaşə obyektlərində yoxlamalar həyata keçirilib.
Əməliyyat çərçivəsində ümumilikdə 335 min 231 nəfərin məlumatı yoxlanılıb. Nəticədə, müxtəlif cinayətlərə görə axtarışda olan 557 nəfər də daxil olmaqla, 1017 şübhəli saxlanılıb.
Kənan YUSİF