İsrail bu əməliyyata görə ABŞ-ni niyə məlumatlandırmayıb?

 23:29 13.05.2025     53

İsrail Xan Yunisdə Qəzza zolağında HƏMAS lideri və bu radikal hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd Sinvarın məhv edilməsi cəhdi barədə Vaşinqtonu məlumatlandırmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Ynet" portalı mənbəyə istinadən məlumat yayıb. 

Portalın mənbəsinin sözlərinə görə, zərbələr radikalın aradan qaldırılması üçün “fürsət yarandıqdan” dərhal sonra həyata keçirilib, nəticədə Vaşinqtonu xəbərdar etməyə və ya onların ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında çıxışı ilə üst-üstə düşəcəyini nəzərə almağa vaxt qalmayıb.

Çərşənbə axşamı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirmişdi ki, İsrail qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki Avropa xəstəxanasının altındakı yeraltı qərargahda olan radikal Fələstin hərəkatının HƏMAS yaraqlılarına zərbələr endirib. Daha sonra dövlət televiziyası "Kan" mənbəyə istinadən xəbər verib ki, zərbələrin hədəfi Məhəmməd Sinvar olub. Onun sözlərinə görə, İsrail ordusu bu hücumun HƏMAS hərbi qanadının rəhbərinin ölümünə səbəb olub-olmadığını hələ təsdiq edə bilmir. 

Turan İSMAYIL