Rəsmi Ankara ABŞ-nin Suriyaya qarşı sanksiyaları aradan qaldırmasını alqışladı

 23:33 13.05.2025     310

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ABŞ-nin Suriyaya qarşı sanksiyaları aradan qaldırmasını alqışlayıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə “TRT Haber”in efirində deyib.

C.Yılmaz Ankara ilə Vaşinqton arasında yaxşı münasibətlərin olduğunu, iki ölkənin liderlərin bir-birilərini yanxşı tanıdıqlarını bildirib.

O, ABŞ-nin son qərarının Türkiyəni məmnun etdiyini diqqətə çatdırıb.

Vitse-prezident, həmçinin sanksiyaların aradan qaldırılması barədə Avropa ölkələrinə də çağırış edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Suriyaya qarşı məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən