Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün səylər gücləndirilməlidir - Ərdoğan

 23:43 13.05.2025     93

Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün səylər gücləndirilməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığında deyib.

O, bildirib ki, Türkiyə tərəflər arasında müharibənin ədalətli və davamlı sülhlə nəticələnməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür dəstəyi verməyə hazırdır.

Ərdoğan həmçinin söyləyib ki, yaranan fürsət dəyərləndirilməlidir.

Liderlər eyni zamanda ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər.