Uruqvayın keçmiş prezidenti vəfat ETDİ

Xərçəng xəstəliyindən əziyyət çəkən Uruqvayın keçmiş prezidenti Xose Muxika 90 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Uruqvay Prezidenti Yamandu Orsi “X”də məlumat verib.
“Dərin kədər hissi ilə yoldaşımız Muxikanın vəfatını bildiririk”, - o yazıb.
Qeyd edək ki, X. Muxika 2010-2015-ci illərdə Uruqvayın prezidenti olub. Daha sonra vəzifəsini tərk edərək yerli Senata seçilib və 2018-ci ildə Senat pensiyasından imtina edərək vaxtından əvvəl istefa verib.