İmamoğluna daha bir maddə ilə cinayət işi AÇILDI

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğluna daha bir maddə ilə cinayət işi açılıb.
Redaktor.az xəbər verir ki, keçmiş bələdiyyə sədrinin həbsdə olarkən ədliyyə işçilərini təhqir etdiyi bildirilir.
Onun barəsində “dövlət məmurunu təhqir etmək” maddəsi ilə cinayət işi başladılıb.
Məlumata görə, Ə.İmamoğlu “silahlı terror təşkilatına yardım etmək” ittihamı ilə bağlı verdiyi ifadəsində ədliyyə işçilərinə qarşı təhqiramiz ifadələr işlədib.