Şimali Osetiyada pilotsuz uçuş aparatları üçün xəbərdarlıq rejimi tətbiq edildi

Şimali Osetiyada pilotsuz uçuş aparatları ilə bağlı xəbərdarlıq rejimi tətbiq edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin başçısı Sergey Menyailo öz Teleqram səhifəsində məlumat verib.
"Əməliyyat qərargahı işləyir. Sizdən sakit olmağınızı və yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirəm", - Menyailo yazıb.
O, sakinləri pəncərələri olmayan otaqda sığınacaq axtarmağa çağırıb. Məsələn aşağı mərtəbələrə, zirzəmiyə və ya dayanacağa enin, lakin liftdən istifadə etməyin, vanna otağında, dəhlizdə, anbarda qalmayın.
Aytəkin TOFİQQIZI