Ukrayna ABŞ ilə resurs sazişi üçün investisiya fondunun yaradılmasına hazırlığı tamamlayır

 09:44 14.05.2025     90

Ukrayna ABŞ ilə resurs sazişi üçün investisiya fondunun yaradılmasına hazırlıq işlərini başa çatdırıb.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko öz Facebook səhifəsindəqeyd edib.

"Ukrayna ABŞ-Ukrayna bərpa fondunun işə salınması üçün bütün lazımi prosedurları tamamlayıb. Bu gün mən ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Deyvisin notasını təqdim etdim", - Sviridenko bildirib.

Onun sözlərinə görə, danışıqlar qrupu Ukrayna Prezidenti Volodimir Zelenskinin qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilib. Nazir aydınlaşdırıb ki, Kiyev və Vaşinqton arasında müqavilədə borcla bağlı müddəa yoxdur, lakin burada sırf Ukraynaya investisiya qoymaq öhdəliyi var.

Aytəkin TOFİQQIZI