Putin beynəlxalq danışıqlar aparacaq - Peskov

 15:00 14.05.2025     137

Rusiya Prezidenti Vladimir Putin mayın 14-də günortadan sonra bir neçə beynəlxalq telefon danışığı aparmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, dövlət başçısının gün ərzində bir neçə danışığı nəzərdə tutulub: “Prezidentin bu günə daha bir neçə telefon danışığı planlaşdırılıb. Axşam olacaq.”

O, əlavə edib ki, Putin günorta saatlarında Malayziyanın baş naziri Ənvər İbrahimlə telefon danışığı aparmağı planlaşdırır. Axşam saatlarında keçiriləcək digər danışıqlarda isə prezidentin kiminlə təmas quracağı hələ dəqiqləşdirilməyib.

Aytəkin TOFİQQIZI