Simonyan və Tokayev Azərbaycanla sülh sazişini müzakirə etdilər

 16:33 14.05.2025     105

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Astanaya rəsmi səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Redaktor.az news.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran məsələləri müzakirə etməklə yanaşı, regional inkişaf məsələlərinə də toxunublar. Ermənistan Respublikası Milli Assambleyasının sədri Qazaxıstan tərəfinin Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatması, habelə Qazaxıstanın iki ölkə arasında konstruktiv dialoqa yardımı barədə bəyanatlarını alqışlayıb.

Alen Simonyan, həmçinin ölkəsinin ticarət-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın fəal şəkildə genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Turan İSMAYIL