Ermənistan parlamentində yenə dava düşdü - VİDEO

 18:45 14.05.2025     76

Ermənistan parlamentində hakim və müxalif partiyaların deputatları arasında dava düşüb.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə “Hayastan” fraksiyasının deputatı, Ermənistanın ikinci Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanın çıxışı zamanı qeydə alınıb. 

O, çıxışında bildirib ki, ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında çıxış edərkən onun fraksiyadan olan həmkarlarını təhqir edib. 

Onun sözləri parlamentin vitse-spikeri Akop Arşakyanın etirazına səbəb olub və bunun ardınca tərəflər arasında dava düşüb. Dava başlayandan qısa zaman sonra L.Koçaryan zalı tərk edib.