Liviyada silahlı toqquşmalar nəticəsində 6 nəfər ÖLDÜ

 22:10 14.05.2025     103

Liviyanın paytaxtı Tripolidə silahlı qarşıdurmalar nəticəsində azı 6 nəfər həyatını itirib, təxminən 70 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Tripoli Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vahab məlumat yayıb.

Onun sözlərinə görə, həlak olanlar arasında beş silahlı və bir mülki əcnəbi vətəndaş var. Məlumata əsasən, həlak olan mülki şəxs Misir vətəndaşı olub.