İstanbulda suyun qiyməti bahalaşdı

 22:35 14.05.2025     172

İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin may ayı toplantısında, İSKİ Baş İdarəsinin təklifi ilə su tariflərinə 10 faiz artım edilib.

Redaktor.az xəbər verir ki, qərara əsasən, şəhərdə birinci mərhələ üzrə suyun kubmetrinin qiyməti 42,37 lirədən 46,62 lirəyə qaldırılıb.

Toplantı, Məclis 2-ci sədr müavini Gökhan Gümüşdağın rəhbərliyi ilə Saraçxanədəki bələdiyyə binasında keçirilib. Görüşdə İSKİ Baş İdarəsinin təqdim etdiyi yeni su satış və tullantı suların daşınması tarifləri müzakirə olunaraq qəbul olunub.

Kənan YUSİF