İstanbulda cinayətkar qruplaşmalara zərbə: 16 nəfər saxlanıldı

 22:35 14.05.2025     62

İstanbulda təşkilatlanmış cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyat nəticəsində 16 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, İstanbul Təskilatlı Cinayətlərlə Mübarizə Şöbəsinin, Uşak KOM Şöbə Müdirliyi ilə birgə apardığı araşdırmalarda, 12 mayda Uşakda bir zərgərlik mağazasına atəş açılması ilə bağlı saxlanılan 2 şübhəlinin, hazırda Rusiyada həbsdə olan B.C.G-nin başçılıq etdiyi cinayətkar şəbəkənin üzvü olduqları müəyyən edilib.

Bu çərçivədə aparılan araşdırmalarda Esenyurt və Esenlərdə gizli mənzillər, Arnavutköydə isə bir fermaya çevrilmiş obyekt müəyyən olunub. Əməliyyat zamanı bu ünvanlara eyni anda basqın təşkil edilib və 16 şübhəli saxlanılıb.

Keçirilən axtarışlarda 6 qanunsuz tapança, 2 ov tüfəngi, hadisədə istifadə edilən 2 oğurluq motosiklet, 1 izləmə cihazı, 20 kompüter və 59 müxtəlif çaplı güllə aşkarlanaraq götürülüb.

Kənan YUSİF