Universitet tələbələrindən kəndlərdə ilk yardım təşəbbüsü

Uşak Universitetinin tələbələri kəndləri gəzərək əhaliyə ilk yardım və qadın sağlamlığı mövzusunda maarifləndirici təlimlər keçir.
Redaktor.az xəbər verir ki, Halkla İlişkiler və Reklamcılık Bölümü tələbələri Coşkun Güngör, Ayşe Akın və Sudenur Çalışkan, “İletişim Kampanyaları” dərsi çərçivəsində “Köylerde Uygulamalı İlk Yardım ve Kadın Sağlığı Eğitimi” adlı layihəyə start verib.
Layihəyə Uşak İl Sağlıq Müdirliyi və İl Milli Təhsil Müdirliyi də dəstək verir. Tələbələr və səhiyyə işçilərindən ibarət qrup, kənd muxtarları ilə əlaqə quraraq sakinlərin kənd məktəbi və ya çayxanada toplanmasını təmin edir.
Təlimlərdə ilkin tibbi müdaxilənin əsasları və xəstəliklərin erkən diaqnozunun əhəmiyyəti vurğulanır.
Kənan YUSİF