"Dezinformasiya təkcə yalan deyil, demokratiyamıza yönəlmiş sistemli təhdiddir"

Türkiyə Prezidentinin Kommunikasiya üzrə rəhbəri Fəxrəddin Altun, dezinformasiyanın sadəcə yalan olmadığını, həmçinin ictimai etimada, cəmiyyətin sabitliyinə və demokratiyaya qarşı sistemli təhlükə olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Altun bu fikirləri sosial şəbəkə hesabında yayımladığı açıqlamada səsləndirib.
O, AK Partiyanın Baş Qərargahında keçirilən “Təşkilat Akademiyası Liderlik Məktəbi” proqramı çərçivəsində təşkil olunan “Siyasi Kommunikasiya və Dezinformasiya ilə Mübarizə” mövzusunda çıxış etdiyini qeyd edib.
“Dezinformasiya ilə mübarizə, milli birlik və həmrəyliyin qorunması üçün zəruridir. Bu, ictimai rəyin düzgün formalaşması və demokratik cəmiyyətin davamlılığı baxımından həyati əhəmiyyət daşıyır”, – deyə Altun vurğulayıb.
Kənan YUSİF