NATO-nun hərbi satınalmalarında korrupsiyada şübhəli bilinən şəxsləri həbs edildi

Belçika prokurorları NATO-nun döyüş sursatı və pilotsuz təyyarələrin alınması ilə bağlı müqavilələrində korrupsiya və çirkli pulların yuyulması ilə bağlı aparılan beynəlxalq araşdırmada iki şübhəlini həbs etdiklərini bildiriblər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
"Belçika polisi korrupsiya, çirkli pulların yuyulması və pilotsuz təyyarələrin və sursatların alınması üzrə NATO müqavilələrinin paylanmasında cinayət təşkilatının yaradılması işi üzrə iki şübhəlini saxlayıb və sorğu-sual edib. Saxlanılanlardan biri dindirildikdən sonra sərbəst buraxılıb, ikincisi isə həbsdədir", - Belçika Federal Prokurorluğunun açıqlamasında deyilir.
Həbslər "Eurojust"un köməkliyi ilə Belçika, Lüksemburq, Hollandiya və İspaniyada aparılan beynəlxalq araşdırmanın bir hissəsidir. İttihamlara NATO Dəstək və Satınalmalar Agentliyi (NSPA) tərəfindən hərbi müqavilələr üzrə keçirilən tenderlər haqqında məxfi məlumatların açıqlanması daxildir. Şübhəlilər bu məlumatı alyansın hərbi podratçılara ötürüblər.
Belçika prokurorluğu bu işə bir neçə agentliyin əməkdaşının cəlb oluna biləcəyini qeyd edib və NATO strukturlarının “istintaqla əməkdaşlıq etdiyini” vurğulayıb.
Məlumatı NATO-nun mətbuat xidməti də təsdiqləyib və qurumun “müxtəlif NATO ölkələrində bir neçə şübhəlini müəyyən edib saxladığı” “istintaqla yaxından əməkdaşlıq etdiyini” bildirib.
Turan İSMAYIL