ABŞ İrana qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edir

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların genişləndirildiyini elan edərək, siyahıya Çin də daxil olmaqla on şirkəti əlavə edib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Departament vurğulayıb ki, məhdudiyyətlər dörd Çin və bir İran vətəndaşına, habelə bu ölkələrin 10 hüquqi şəxsə qarşı tətbiq edilib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşdə İranın nüvə proqramı ilə bağlı məsələnin həll olunacağına əminliyini bildirib. O, bunun "maraqlı vəziyyət" olduğunu qeyd edib.
Tramp mayın 14-də daha əvvəl demişdi ki, İran nüvə silahı yaratmaq planlarından imtina edərsə, onunla razılaşmaya hazırdır. Onun sözlərinə görə, Tehran “terrorizmə sponsorluq etməyi dayandırmalı, qanlı proksi müharibələri aparmaqdan çəkinməli və nüvə silahı yaratmaq məqsədindən həmişəlik əl çəkməlidir”.
Tramp həmçinin bildirib ki, İrandan neft tədarükünü kəsəcək və İslam Respublikası nüvə sazişini qəbul etməkdən imtina edərsə, onu iflasa sürükləyəcək.
Turan İSMAYIL