ABŞ dövlət katibi Türkiyəyə gəldi

ABŞ dövlət katibi Marko Rubio Türkiyədə Ukrayna ilə bağlı gözlənilən danışıqlar fonunda Antalyaya gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Rubionun Türkiyəyə Amerika lideri Donald Trampla Səudiyyə Ərəbistanı və Qətərə səfərindən sonra gəldiyi qeyd edilir.
Mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Kiyev hakimiyyətinə 2022-ci ildə dayandırdıqları birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Dialoqun mayın 15-də İstanbulda başlaması təklif edilir. Öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbula gəlmək niyyətində olduğunu açıqlayıb. O, mövqeyini Trampın Ukraynanı Putinin təklif etdiyi danışıqlara dərhal razılaşmağa çağırmasından sonra bildirib.
Ağ Ev sözçüsü mayın 13-də bildirib ki, ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq İstanbula səfər edir.
Turan İSMAYIL