KİV: Macarıstan Ukraynaya məxsus pilotsuz uçuş aparatını VURDU

 09:28 15.05.2025     210

Macarıstan Hava Hücumundan Müdafiə Qüvvələri Ukrayna sərhədi yaxınlığında bu ölkəyə məxsus pilotsuz uçuş aparatını vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Magyar Hirlap qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Macarıstan hakimiyyəti həmin aparatın Ukrayna xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat məqsədilə istifadə olunduğundan şübhələnir.

Məlumata əsasən, PUA Macarıstan hava məkanında radarlar tərəfindən aşkarlanıb və dərhal zərərsizləşdirilib.

Hadisənin ötən həftə baş verdiyi bildirilir, lakin bu barədə məlumat indi yayılıb.

Macarıstan hökuməti hələlik insidentlə bağlı rəsmi açıqlama yaymayıb.