Respublikaçılar Qətərin Trampa verdiyi hədiyyəyə görə narahatdırlar

 09:46 15.05.2025     106

Respublikaçılar Partiyasının bəzi üzvləri Qətərin ABŞ Prezidenti Donald Trampa təxminən 400 milyon dollar dəyərində “Boeing 747-8” təyyarəsi bağışlama niyyətindən narahatlıq ifadə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal"ı məlumat yayıb.

Senat Çoxluğunun lideri Con Tun bildirib: “Bu məsələ ətrafında bir çox suallar var. Əgər bu baş verərsə, bu, gələcəkdə ciddi mübahisələrə səbəb ola bilər.”

Bəzi senatorlar qeyd ediblər ki, təyyarənin prezident standartlarına uyğunlaşdırılması bir neçə il vaxt tələb edə bilər.

Aytəkin TOFİQQIZI