Trampın sanksiyaların qaldırılacağını deməsindən sonra suriyalılar küçələrə axışdı

ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğv olunacağına dair bəyanatından sonra ölkənin bir sıra şəhərlərində kütləvi bayram ab-havası müşahidə olunub.
Redaktor.az xəbər verir ki, bu barədə CNN-in məlumat və görüntülər yayıb.
Dəməşq, Homs və digər şəhərlərdə minlərlə insan küçələrə çıxaraq sevinclərini ifadə edib.
Kadrlarda avtomobil karvanları, Suriya bayraqları və atəşfəşanlıq səhnələri yer alır. Şəhər sakinləri Trampın açıqlamasını alqışlarla qarşılayıblar.
Aytəkin TOFİQQIZI