ABŞ-də həbs olunan alim Rusiyaya qayıtmaq istəmir

 10:21 15.05.2025     109

ABŞ-də saxlanılan rusiyalı alim Kseniya Petrova Rusiyaya deportasiya edilməməsi üçün məhkəməyə müraciət edib.  

Redaktor.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Alim mayın 14-də keçirilən məhkəmə iclasında Fransaya deportasiya olunmaq istədiyini bildirib.

Jurnalistlərin verdiyi xəbərə görə, Petrova hələ fevral ayında ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinə şikayət ərizəsi təqdim edərək, Rusiyada təqiblərə məruz qala biləcəyindən ehtiyat etdiyini bəyan edib.

Harvard Tibb Məktəbində çalışan Petrova fevralın 16-da Boston hava limanında saxlanılıb. Ona qarşı qurbağa embrionlarını qanunsuz şəkildə ölkəyə gətirmək ittihamı irəli sürülüb. Hazırda deportasiya prosesi ilə bağlı qərar gözlənilir.

Aytəkin TOFİQQIZI