Kreml İstanbuldakı danışıqların müddəti ilə bağlı sualları cavablandırdı

Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqların nə qədər davam edəcəyi onların gedişatından asılı olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Bu gün danışıqların başlanğıcıdır. Bundan sonra hər şey onların necə keçəcəyindən asılı olacaq,” – deyə Peskov qeyd edib.
Moskva ilə Kiyev arasında birbaşa danışıqlar üçün nümayəndə heyətinin tərkibi bir gün əvvəl formalaşdırılıb. Rusiya nümayəndə heyətinə 2022-ci ildə olduğu kimi prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Aytəkin TOFİQQIZI