Putin Lavrov və Şoyqu ilə görüşdü

 10:32 15.05.2025     158

Rusiya Prezidenti Vladimir Putin, İstanbula danışıqlara yola düşən nümayəndə heyəti ilə görüş keçirib.

Redaktor.az bu barədə TASS-a istinadla məlumat verir.  

Məlumata görə, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlama verib.

Peskov bildirib ki, görüşdə xarici işlər naziri Sergey Lavrov və Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə yanaşı, Müdafiə naziri Andrey Belousov, Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov, Baş Qərargah rəisi Valeri Gerasimov, FTX rəhbəri Aleksandr Bortnikov və xüsusi əməliyyat zonasında fəaliyyət göstərən zoop qruplarının komandirləri də iştirak ediblər.

Görüşün əsas məqsədi Ukrayna tərəfi ilə qarşıdakı danışıqlara hazırlıq olub. Kremlin sözçüsü əlavə təfərrüatların açıqlanmadığını bildirib.

Aytəkin TOFİQQIZI