"Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik" - Pezeşkian

 11:41 15.05.2025     211

İran Azərbaycanla qardaşlıq və bərabərlik istəyir.

Redaktor.az İRNA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian mayın 15-də ölkəsinin Kermanşah əyalətində investorlarla görüşdə bildirib.

O, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında verdiyi bəyanata istinad edərək deyib:

“Biz ölkə daxilində və qonşularımızla münasibətlərdə sülh, əmin-amanlıq istəyirik. Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə qardaşlıq və bərabərlik istəyirik”.