Kürdən Aytacla yanaşı daha 2 nəfərin meyiti tapıldı - FOTO

 13:35 15.05.2025     238

Xəbər verdiyimiz kimi, Gürcüstanda aprelin əvvəlindən itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayından tapılıb.

Redaktor.az-ın “Rustavi 2” telekanalına istinadən məlumatına görə, xilasedicilər axtarış əməliyyatı zamanı Kürdən daha 2 nəfərin meyitini aşkar edərək çıxarıb.

Bildirilib ki, həmin iki nəfər dünən qəza nəticəsində Kürə düşən maşının içərisində olanlardır. Hadisə zamanı avtomobildə 4 nəfər olub, onlardan biri özünü ataraq xilas ola bilib.

Hazırda digər bir şəxsin axtarışları davam etdirilir. 

Qeyd olunub ki, axtarış zamanı çaya düşən avtomobil də tapılıb. Axtarış əməliyyatı üçün isə Kürdə suyun səviyyəsinin endirildiyi də vurğulanıb.

 

   kurden-aytacla-yanasi-daha-2-neferin-meyiti-tapildi