"İstanbulda ikinci dəfə də razılaşma əldə olunmasa..." - Elxan Şahinoğlu

 14:26 15.05.2025     220

"Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədədir. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan ukraynalı həmkarı ilə görüşdə sülhün əldə olunması üçün Zelenskinin nələrə hazır ola biləcəyini öyrənməyə çalışacaq. Diplomatik ənənəyə görə, Ərdoğan böyük ehtimalla Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacaq və Zelenskinin mövqeyini onun diqqətinə çatdıracaq".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Türkiyədəki daşıqlarda əsas məqsəd atəşkəsə nail olmaqdır:

"Ukraynanı və Rusiyanı danışıqlarda təmsil edən heyətlər İstanbuldadırlar. Türkiyədəki danışıqların əsas məqsədi uzunmüddətli atəşkəsə nail olmadır. Atəşkəsə nail olunmalıdır ki, güllələrin, mərmilərin havada uçuşmadığı, insanların ölmədiyi şəraitdə gələcək sazişin konturları ətrafında müzakirələr aparmaq mümkün olsun. İstanbul müharibənin dayandırılması üçün ilk addım ola bilər, tərsi heç bir tərəfin uğur əldə etmədiyi müharibənin davamı demək olacaq. İstanbulda ikinci dəfə də razılaşma əldə olunmasa, yay aylarında müharibənin şiddətinin artacağını müşahidə edəcəyik".

Vasif ƏLİHÜSEYN