Ərdoğan və Zelenski arasındakı görüş başa çatdı - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı görüş başa çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Görüş 2 saat 40 dəqiqə davam edib.
15:20
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı, mayın 15-də Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.
Redaktor.az xəbər verir ki, yüksəksəviyyəli danışıqlar Prezident Kompleksində mətbuat üçün qapalı rejimdə keçirilib.
İstanbulda Dolmabahçe sarayında keçirilən Rusiya-Ukrayna danışıqlarının bərpası fonunda Volodimir Zelenski Türkiyədə işgüzar səfərdədir.
Bu gün səhər saatlarında Türkiyə Prezident Administrasiyası Ərdoğan və Zelenski arasındakı görüşü “Rusiya-Ukrayna müharibəsi kontekstində son hadisələrin hərtərəfli müzakirəsi üçün fürsət” adlandırıb.
"Türkiyə Prezidenti ukraynalı həmkarı ilə görüşdə dərhal atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyi ilə bağlı mövqeyini vurğulayacaq”, -deyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fahreddin Altunun paylaşımında deyilir.