Zelenski Rusiya ilə danışıqlarda iştirak etməyəcək

 18:02 15.05.2025     182

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak etməyəcək.

Redaktor.az bu barədə AFP-yə istinadən xəbər verir.

Məlumata görə Zelenski İstanbula nümayəndə heyəti göndərəcək.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya-Ukrayna danışıqları baş tutacaq. Ukeayna lideri V.Zelenski hazırda Ankaradadır. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla 2 saat 40 dəqiqəlik görüş keçirib. Zelenski Rusiya Prezidenti Vladimir Putini görüş üçün İstanbula dəvət etsə də, Putin Türkiyəyə gəlməkdən imtina edib. Putin özünün köməkçisi başda olmaqla İstanbula nümayəndə heyəti göndərib.

Turan İSMAYIL