Konyada 5,2 bal gücündə zəlzələ baş VERDİ

 19:53 15.05.2025     292

Türkiyənin Konya vilayətinin Kulu rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ ətraf vilayətlərdə, o cümlədən paytaxt Ankarada da hiss olunub.

Redaktor.az xəbər verir ki, AFAD-ın rəsmi internet səhifəsində yer alan məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15:46-da baş verib və təxminən 18,73 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ ilə bağlı hələlik dağıntı və ya xəsarət barədə rəsmi məlumat verilməyib. Ərazidə vəziyyət izlənilir.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən