Terrorsuz Türkiyə ilə ən böyük əsərimizi inşa edirik - Ərdoğan

 19:57 15.05.2025     110

"Artıq Türkiyə diplomatiyada, iqtisadiyyatda, ticarətdə, turizmdə və digər sahələrdə yeni bir liqada mübarizə aparır. Böyük qürurla demək istəyirəm ki, terrorsuz Türkiyə ilə inşallah ən böyük əsərimizi inşa edirik".

Redaktor.az xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan, AK Partiyanın Konqre Mərkəzində keçirilən “Təşkilat Akademiyası Liderlik Məktəbi” proqramında çıxış edərkən deyib. 

Prezident çıxışında Konya Kulu mərkəzli və Ankarada da hiss edilən 5,2 bal gücündəki zəlzələyə toxunaraq zərər çəkənlərə "keçmiş olsun" arzularını çatdırıb.

Kənan YUSİF