"Lion" cari mövsümün sonunda Lyakazettlə vidalaşacaq

Fransa təmsilçisi "Lion" cari mövsümün sonunda Aleksandr Lyakazettlə vidalaşacaq.
Redaktor.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Paulu Fonseka mətbuat konfransında bildirib.
33 yaşlı hücumçu ilə başa çatan müqavilə müddəti yenilənməyəcək.
Qeyd edək ki, Lyakazett "Lion" komandasının yetirməsidir. O, 2010-ci ildən 2017-ci ilə qədər bu klubun şərəfini qoruyub. 2022-ci ilə kimi "Arsenal"da çıxış edən oyunçu daha sonra yenidən Liqa 1 təmsilçisinə qayıdıb.
Forvard "Lion"un heyətində ümumilikdə 390 oyun keçirib, 199 qol vurub, 55 məhsuldar ötürmə edib.