İstanbulda dördtərəfli görüş haqqında hələ qərar verilməyib

İstanbulda Türkiyə, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında dördtərəfli təmasların keçirilməsi ilə bağlı qərarlar hələ qəbul edilməyib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keceli bildirib.
“Dördtərəfli danışıqlarla bağlı hələlik heç bir qərar yoxdur", - o deyib.
Bundan əvvəl "Anadolu" agentliyi Türkiyə diplomatik missiyasındakı mənbələrə istinadən mayın 16-da İstanbulda Rusiya, Ukrayna, ABŞ və Türkiyə nümayəndə heyətlərinin görüşünün keçiriləcəyini bildirmişdi.
Agentliyin məlumatına görə, danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan , ABŞ dövlət katibi Marko Rubionun başçılıq etdiyi nümayəndə heyəti, Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti və Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti iştirak edəcək
Turan İSMAYIL