Rusiyaya qarşı sanksiyar paketi hazırdır - Almaniya kansleri

Almaniya kansleri Fridrix Merz bildirib ki, Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul olunacaq.
Redaktor.az xəbər verir ki, o, bu barədə ZDF televiziyasında bildirib.
"Bu sanksiyalar paketi hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul ediləcək. Məsləhətləşmələr başa çatıb", - Merz deyib.
Eyni zamanda, Almaniya hökumətinin başçısı sanksiyaların dərhal qüvvəyə minəcəyini vurğulayıb.
" Növbəti sanksiyalar paketi hazırdır və qüvvəyə minəcək, - kansler əlavə edib.
Turan İSMAYIL