NATO-dan Baltik dənizindəki insidentlə bağlı AÇIQLAMA

 23:56 15.05.2025     62

NATO Estoniya ilə Baltik dənizinin neytral sularında tankerin saxlanması cəhdi ilə bağlı insidentlə bağlı əlaqə saxlayır. 

Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra Antalyada keçirilən mətbuat konfransında bildirib.

"NATO və Estoniya bu məsələ ilə bağlı sıx təmasdadır və öz hərəkətlərini koordinasiya edir ki, baş verənləri tam başa düşsün. NATO bu regionda məhz buna görə fəaliyyət göstərir", - deyə Rutte jurnalistlərin Rusiyanın Estoniyanın hava məkanını pozmaqla bağlı suallarını cavablandırarkən söyləyib 

Mayın 13-də Estoniya Hərbi Dəniz Qüvvələri və NATO təyyarələri Qabon bayraqlı “Yaquar”ı neytral beynəlxalq suları tərk etməyə və onun saxlanıla biləcəyi zonaya getməyə məcbur etməyə cəhd göstərib. Estoniya dörd Rusiya vətəndaşının da olduğu gəmi heyətini döyməklə hədələyib. Gəmi Tallinin tələblərinə məhəl qoymayıb və son təyinat məntəqəsi olan Rusiyanın Primorsk limanına yollanıb.

Hadisədən sonra Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib ki, tankeri qaçırmaq cəhdləri zamanı Rusiyaya məxsus qırıcı təyyarə havaya göndərilib və Estoniyanın hava məkanını pozub.

Turan İSMAYIL