“Mən Putinlə görüşənə qədər münaqişə bitməyəcək”

 09:10 16.05.2025     71

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə şəxsən görüşməyənə qədər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olmayacaq.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Amerika lideri bunu jurnalistlərə açıqlamasında deyib.

“Biz Putinlə görüşənə qədər heç nə baş verməyəcək”, - Tramp bildirib.