ABŞ dövlət katibi İstanbula getdi

 11:08 16.05.2025     89

ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün İstanbula gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

“Rubio üç ildən artıq müddətdə Rusiya və Ukrayna arasında ilk birbaşa danışıqlardan əvvəl İstanbula gəlib”, - agentlik yazır.

Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşündən əlavə, İstanbulda ABŞ, Ukrayna və Türkiyə nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar da keçiriləcək.

Aytəkin TOFİQQIZI