Ermənistanda bir neçə polis əməkdaşı mənimsəmə cinayətinə görə həbs EDİLDİ

Ermənistanda bir neçə polis əməkdaşı onlara etibar edilmiş əmlakı külli miqdarda mənimsəməkdə ittiham edilərək həbs olunublar.
Redaktor.az xəbər verir ki, bu barədə “NEWS.am” məlumat yayıb.
Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumatı təsdiqləyib. Lakin həbs edilənlərin sayı açıqlanmır.