PKK-nın bütün qolları silahları təhvil verməlidir - AKP-nin sözçüsü

 22:29 16.05.2025     97

PKK terror təşkilatının bütün qolları silahları təhvil verməlidir.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik “Habertürk”ün efirində deyib.

O bildirib ki, məsələ silahı atmaqdan yox, təhvil verməkdən gedir: “Çünki silahı atmaq passiv fəaliyyətdir”.

Ö.Çəlik əlavə edib ki, silahları təhvil vermək tələbi bütün terrorçulara aiddir.