ABŞ-dən yazılı nüvə sazişi təklifi almadıq - İran XİN

 22:34 16.05.2025     58

İranın Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ Prezidenti Donald Trampın iddiasının əksinə olaraq, Vaşinqtondan yazılı bir saziş mətni almadıqlarını bəyan edib.

Redaktor.az xəbər verir ki, Əraqçi, "X" sosial şəbəkəsindəki paylaşımında deyib: “İrana ABŞ-dən nə birbaşa, nə də dolayı yolla yazılı bir təklif təqdim olunmayıb”.

ABŞ rəsmilərinin İranla nüvə danışıqlarına dair "ziddiyyətli" açıqlamalar verdiyini bildirən Əraqçi: “İran yenə də qətiyyətli və açıq mövqe sərgiləyir. Haqlarımıza hörmət edin, sanksiyaları aradan qaldırın. O zaman razılaşma mümkündür”, - deyə bildirib.

Kənan YUSİF