Suriyanın Dünya Bankına olan borcu ÖDƏNDİ

 22:46 16.05.2025     74

Dünya Bankı, Suriyanın quruma olan 15,5 milyon ABŞ dolları məbləğindəki borcunun Səudiyyə Ərəbistanı və Qətər tərəfindən ödəndiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Bank tərəfindən yayılan bəyanatda, Suriyanın Dünya Bankı Qrupuna olan borc öhdəliklərinin artıq bağlandığı bildirilib.

Qeyd olunub ki, 12 may tarixinə olan məlumata əsasən, Suriyanın Beynəlxalq İnkişaf Assosiasiyasına (IDA) olan təxminən 15,5 milyon dollarlıq borcu tam şəkildə ödənilib.

Kənan YUSİF