Qəzzadakı humanitar vəziyyət dözülməz haldadır - Makron

 23:33 16.05.2025     99

Fransa Prezidenti Emmanuel Makron, İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağındakı humanitar vəziyyəti “dözülməz” olaraq qiymətləndirib.

Redaktor.az xəbər verir ki, Makron bu fikirləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi (AST) 6-cı Zirvəsindən sonra təşkil olunan mətbuat konfransında səsləndirib.

"Qəzzadakı humanitar vəziyyət dözülməzdir", – deyən Fransa lideri, bölgədəki durumun son həftələrdə daha da pisləşdiyini vurğulayıb.

Makron, 2023-cü ilin oktyabrından bu yana Qəzzada görünməmiş humanitar böhran yaşandığını qeyd edərək deyib: "Atəşkəsin təmin olunmasına və humanitar dəhlizlərin yenidən açılmasına diqqət yetirəcəyik".

O, Rusiyaya tətbiq olunan sanksiyalara bənzər addımların İsrailə qarşı atılıb-atılmayacağına dair suala isə, “Bu çox yerində bir sualdır və qarşıdakı həftələrdə müzakirə olunacaq”, – cavabını verib.

Kənan YUSİF