Qəzzada son 36 saatda azı 250 nəfər həyatını itirib - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT), İsrailin işğalı və tam blokadası altında olan Qəzza zolağında son 36 saat ərzində azı 250 nəfərin həlak olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, BMT Baş katibinin sözçü müavini Stefani Tremblay, təşkilatın Nyu-Yorkda keçirdiyi gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisinin (UNOCHA) son hesabatlarına istinad edən Tremblay bildirib ki, Qəzza zolağında gecə boyu intensiv hücumlar davam edib, çox sayda fələstinli öldürülüb və yaralanıb, kütləvi köç və yeni dağıntılar baş verib.
BMT rəsmisi, bölgədə humanitar vəziyyətin hər keçən gün daha da pisləşdiyini diqqətə çatdırıb.
Kənan YUSİF