Fransa BMT məhkəməsində İrana qarşı iddia qaldırdı

Fransa İran İslam Respublikasında həbsdə olan iki Fransa vətəndaşının hüquqlarının pozulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında deyilir.
Mətndə qeyd olunur ki, Parisin fikrincə, söhbət Fransa vətəndaşlarının hüquqlarının “ciddi və sistematik şəkildə pozulmasından”, o cümlədən İranda iki fransızın – Jak Paris və Sesil Kolerin həbsi və saxlanması kontekstində gedir. Fransa tərəfi bu əsasda Tehranı 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarını pozmaqda ittiham edir.
Aprelin 2-də Fransanın xarici işlər naziri Jan-Noel Barrot Parisin Pari və Kohlerin saxlanması ilə bağlı BMT və Aİ vasitəsilə tədbir görmək niyyətini açıqlayıb. Onun sözlərinə görə, Fransa vətəndaşları 1000 gündən artıqdır ki, həbsdədirlər. Onlar İranda casusluq ittihamı ilə saxlanılıblar.
Turan İSMAYIL